Menu

Bayden Zelenskiyə xəbərdarlıq etdi

12.10.2022, 18:12
Bayden Zelenskiyə xəbərdarlıq etdi

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskini Vaşinqtonun Kiyevə kifayət qədər yardım göstərməməsi barədə şikayətlərini dayandırmağa çağırıb. Mənbə bu barədə Ağ evin sabiq əməkdaşlarından birinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Ukraynada hərbi əməliyyatlar başlayanda V.Zelenski dəfələrlə ABŞ-ı Ukraynaya silah tədarükünü artırmağa, habelə Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

“Baxmayaraq ki, bu çağırış səsləndirilməmişdən əvvəl Ağ ev və Konqres artıq Kiyevə görünməmiş səviyyədə yardım etmiş və müasir silahlar göndərmişdi. Co Bayden isə öz növbəsində V. Zelenskiyə deyib ki, əgər Ukrayna lideri yardımın kifayət etmədiyini söyləməyə davam etsə, Konqresdən pul istəmək onun üçün çətin olacaq”, – xəbərin müəllifi yazır.

Ağ evdən xəbəri dərc edən qəzetə bildirilib ki, Rusiya Ukraynada xüsusi əməliyyatı başlayandan bəri ABŞ və Ukrayna prezidentləri hər 2-3 həftədən bir əlaqə saxlayırlar: “Bundan əvvəlki telefon danışığı oktyabrın 10-da baş tutub. Daha sonra Bayden Rusiyanın Ukraynadakı infrastruktur obyektlərinə raket zərbələri endirməsini pisləyib və Kiyevə özünümüdafiə üçün lazım olan yardımın göstərəcəyini vəd edib”. (Mənbə: The Washington Post)

Şərhlər

dadaşyev 2022-10-12 23:55:50

Nyuton məktəbdə fizikadan çox küt olub deyə direktor onun valideynlərinə deyib ki,bu uşaq dəqiq elmlərdə ən ümidsiz axmaqdır.Zelenski də siyasətdə çox küt adamdır,çünki qanmır ki,Amerikaya bel bağlayan adam ən ümidsiz axmaqdır.Unudubmu bir zamanlar səksəninci illərdə Səddam Hüseyin Avropanın və Amerikanın sevimlisiydi,2003-də isə o aşiqlər İraqa girib ölkəni viran qoydular,Səddamı isə tutub asdılar.Belə deyirlər ki məhəbbətlə nifrətin arası bir addımdır.Bax bu söz sanki amerikanlar üçün deyilib.Baxın,artıq əsl sifətlərini göstərməyə başlayırlar.Yəni demək istəyir ki,sənin bizdən nəyi nə qədər və nə zaman istəməyin bizim umrumuzda belə deyil,biz bilərik sənə nəyi nə qədər və nə zaman verməyi.Hətta verməyə də bilərik çox zəhləmizi töksən.Yerində farağat dayan,nə deyirik onu yerinə yetir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol