Menu

Baydenin Putinlə görüşü planlaşdırılmır - Ağ Ev

12.10.2022, 23:24
Baydenin Putinlə görüşü planlaşdırılmır - Ağ Ev

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşmək niyyətində deyil.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

“Dövlət başçısı israrla bildirib ki, Rusiya əsirlərin mübadiləsi üzrə ciddi təkliflər verməli və ya danışıqların aparılması üçün təkliflər irəli sürməlidir” – deyə sözçü qeyd edib.

Karin Jan-Pyer əlavə edib ki, Vaşinqton əsirlərin mübadiləsi üçün Moskva ilə təmasları davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol