Menu

"BTQ-yə böyük əhəmiyyət veririk" - Türkiyə prezidenti

13.10.2022, 10:46
"BTQ-yə böyük əhəmiyyət veririk" - Türkiyə prezidenti

"Türkiyə olaraq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə böyük əhəmiyyət veririk".

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında deyib.

Bundan başqa, o, bildirib ki, ölkəsi Asiya ilə Avropanı bir-birinə bağlayan müasir İpək Yolunu da dəstəkləyir.

"Xəzər dənizindən keçən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsi də bizim üçün vacibdir”, - deyə o, əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol