“Ukrayna böhranının təsirləri regional və qlobal miqyasda bütün dünyada hiss edilməkdədir” .
“AzPolitika.info” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rcəb Tayyib Ərdoğan Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış edərkən deyib.
“Mən həmişə deyirəm ki, ədalətli sülh diplomatiya ilə əldə edilə bilər. Müharibənin qazananı, ədalətli sülhün isə itirəni olmaz. Digər tərəfdən, meharibənin mənfi təsirlərini aradan qaldırmaq üçün Birləşmiş Millətlər Təşkilatı və tərəflərlə sıx səylərimizlə bütün dünyanın rəğbətini qazanmışıq. Ukrayna taxılının Qara dəniz üzərindən ixracına dair İstanbul sazişi və keçən ay baş tutan əsir mübadiləsi bu istiqamətdə ciddi uğur kimi qəbul edilə bilər. Məqsədimiz bütün çətinliklərə baxmayaraq tez bir zamanda axan qanı durdurmaqdır”,-Ərdoğan bildirib.
“AzPolitika.info”


Şərhlər