Menu

Bağdadi müəmması davam edir - Vaşinqtondan açıqlama

12.11.2014, 10:53

Terror Watch“Koalisiya qüvvələri noyabrın 7-də İŞİD liderlərinin Mosul ətrafında yığışdığı barədə məlumat alıb. Bundan sonra həmin ərazidəki 10 zirehli texnikadan ibarət kortejə havadan hücumlar təşkil edilib. İŞİD lideri Əbubəkr əl-Bağdadinin də orda olub-olmadığını təsdiq edə bilməmişik. Bu mövzuda əlavə məlumatımız yoxdur”. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Vaşinqtonda keçirdiyi mətbuat konfransında Əbubəkr əl-Bağdadinin ölüm xəbərinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, bir neçə gün öncə PKK terror qruplaşmasının qolu olan PYD və YPG silahlı qruplaşmaları Əbubəkr əl-Bağdadinin meyitinin fotolarını paylaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol