Menu

“Fransa bütün Türk dünyasına düşmən münasibəti bəsləyir” – TAİB Fransaya etiraz edir

13.10.2022, 20:15
“Fransa bütün Türk dünyasına düşmən münasibəti bəsləyir” – TAİB Fransaya etiraz edir

Eyvaz Hümbətov: “Türk Ağsaqqalları Birliyi olaraq Fransanın danışıqlar prosesində olmasına etiraz edirik”

“Fransa yenidən çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesində vasitəçi rolu qazansın. Buna isə ümumiyyətlə ehtiyac yoxdur. Hazırkı gedişat, konkret olaraq danışıqlar prosesinin ümidverici məqamlarla müşahidə olunması prosesə əlavə bir vasitəçinin də qoşulmasına zərurət yaratmır. Fransa 30 il guya vasitəçi oldu. Artıq tarixin arxivinə gömülmüş ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəfsizlik nümayiş etdirmək əvəzinə, Ermənistanın ədalətsiz mövqeyi və işğalçılıq siyasətinin yanında dayandı”.

Bunu Missiya.Az-a açıqlamasında Türk Ağsaqqalları Birliyi – TAİB-in İdarə Heyətinin üzvü, sabiq dövlət qulluqçusu Eyvaz Hünbətov deyib.

TAİB rəsmisi hesab edir ki, Fransa erməni lobbisindən alınan pullara görə ötən illər ərzində Azərbaycanın haqlı mövqeyinə xələl yetirməyə, qarayaxma kampaniyaları aparmağa, dünya siyasətinə təsir imkanlarımızı azaltmağa çalışıb: “Özü də bu ölkə bütövlükdə türk və müsəlman dünyasına düşmən münasibəti bəsləyir. Bu gün Fransada insanlara münasibətdə dini, irqi ayrıseçkilik müşahidə olunur. Qardaş Türkiyənin Avropa İttifaqına üzv olmasına qarşı çıxan əsas ölkələdən biri, bəlkə də birincisi elə Fransadır. Türk dünyasına qarşı ədalətsiz mövqe tutan, bu dünyanın bir parçası olan Azərbaycana qarşı hər cür yaramazlıqlara əl atan, Türkiyəni hər fürsətdə daşlamağa çalışan, açıq şəkildə ermənipərəst siyasət yürüdən bir ölkə hansı üzlə, hansı haqla yenidən bizimlə Ermənistan arasında vasitəçi olmaq istəyir? Biz Türk Ağsaqqalları Birliyi – TAİB olaraq Fransanın danışıqlar prosesinə müdaxilə cəhdlərini pisləyir və hesab edirik ki, rəsmi Bakı Fransanın olduğu yerlərdə olmamalıldır. Vətəndaş cəmiyyətinin nümayəndələri olaraq Fransanın danışıqlar prosesində olmasına etiraz edirik. Buna qəti şəkildə yol vermək olmaz. Biz Fransaya inanmırıq və əminik ki, bu ölkənin Azərbaycanla Ermənistan arasında danışıqlarda iştirak etməsi prosesə yaxşı heç nə vəd edə bilməz”

Şərhlər

dadaşyev 2022-10-14 15:54:28

Vallah,dövlətlərarası münasibətlərdə nəinki saqqalın ağlığı,qaralığı,qırmızılığı,ümumiyyətlə,saqqalın özü heç bir rol oynamır."Ağsaqqallar" yerinə "Müdriklər" yazılsa daha yaxşı olar.Çünki əvvəla xarici ölkələrdə sözü birbaşa tərcümə edirlər bu nə birlikdir deyə,tərcümə edəndə də təəccüblənirlər ki,aaa,bunların saqqalı yoxdu ki,amma "ağsaqqal" yazılıb.Həm də saqqal görünən şeydir,varsa var,yoxdursa yoxdur.Amma müdrikliyin olub olmamasını təyin etmək çətin olur,illah da ki susanda.Ona görə də "Müdriklər birliyi" yazılsa xarici ölkələrdə deyəcəklər bunlarla bir az ehtiyatlı olmaq lazımdı,çünki hamısı müdrikdi hər halda.İbn Sina kimi,Biruni kimi,imami-əzəm Əbu Hənifə kimi yerin altını da bilirlər,üstünü də.

dadaşyev 2022-10-14 10:39:50

Əgər Fransa Qarabağı erməni torpağı və ermənistanın mərkəzi hesab edirsə onda biz də müharibədən sonra Almaniyadan qoparılmış köklü alman şəhəri olan Strasburq şəhərini Alman torpağı və Almaniyanın mərkəzi hesab etməliyik.Nəticədə adekvat cavab vermiş olarıq,üstəlik Almaniya bizi öpüb bağrına basar. Qərb bu dildən anlayır.Həm də bütün dünyada bu qayda belədir.Sən mənə əyri baxarsan mən də sənə əyri baxmalı olacağam,türklər demiş,kusura bakma yani.Zorla sevgi olmaz.Fransanın neft müqavilələrindəki "aslan payı"na da yenidən baxmalıyıq.Ən azı bu barədə danışmalıyıq ki,ayaqlarını dəng alsınlar ki,belə bir şey ola bilər deyəsən.Fransızların dədələrinə neft-qaz borcumuz varmı?Nədir,niyə susuruq?Özümüz öz içimizdə danışmaqla nəyə nail olacağıq?Desək münasibətlərimizmi pozulacaq?Aaa!Yəni Makronun o dedikləri münasibətlərin pozulması demək deyilmi?Biz pisik,neft-qazımız yaxşıdırmı?Yau kardeşim,biz papuas,somalili,çadlı,ruandalı-filan deyilik ki,bizi bəyənməyəsən,amma malımızı dartıb daşıyasan.Sənin koloniyanıqmı biz?Bizə nifrətini açıqca bəyan etdinsə bundan sonra bir-birimizin üzünə süni gülsək nolacaq?Türklər demiş,neft-qaz yerinə zəqqumun ucunu yeyərsən bundan sonra.Neçə il qabaq boğazımızdan kəsib Fransada muzeylər təmir etdik,yollarını asfaltladıq-filan,indi nağayraq,qədir-qiymət qoymadılar.Qoymadılarsa biz də gec olmadan reaksiyamızı bildirməliyik.Biz dedik əl əli yuyar,əl də üzü,indi ki belə oldu,qaytar malımızı.Bundan sonra neft-qaz əvəzinə qulağının dibini görərsən.Deməliyik,deməliyik,deməliyik bunları.Ən azı Qvineya-Papua,Madaqaskar,Ruanda,Trinidad-Tobaqo olmadığımızı,Azərbaycan olduğumuzu göstərmək üçün.Nədəəə bu?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol