Türkiyənin Jandarma Qüvvələrinin çavuşu Kürşat Sert Van əyalətinin Çatak rayonunda terrorçularla atışmada şəhid olub.
“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Van valiliyindən bildirilib.
Jandarma Qüvvələri bölgədə antiterror əməliyyatı keçirir. Bu zaman ərazidə gizlənmiş terrorçular hərbçilərə atəş açıblar. Nəticədə K.Sert şəhid olub.
Bölgədə antiterror əməliyyatı davam edir.


Şərhlər
Allah şəhid Türk qardaşlarımıza, o cümlədən bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Türk dünyasının başı sağ olsun! Amin İnşAllah! Yaşasın Azərbaycan Türkiyə qardaşlığı və birliyi!