Menu

Gələn həftə Rusiya-Türkiyə danışıqları başlayır – Putin və Ərdoğana hesabat təqdim olunacaq

14.10.2022, 15:04
Gələn həftə Rusiya-Türkiyə danışıqları başlayır – Putin və Ərdoğana hesabat təqdim olunacaq

Türkiyə və Rusiya nümayəndə heyətləri arasında Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi qaz qovşağının yaradılması üzrə danışıqlar gələn həftə başlayacaq.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbə RİA Novosti-yə bildirib. Qeyd olunur ki, görüş yeri yaxın günlərdə müəyyənləşəcək.

“Artıq bildiyiniz kimi, iki ölkənin rəhbərləri müvafiq idarələrə müzakirələrə başlamaq və bu ideyanın imkanlarını çox tez öyrənməyi tapşırıblar. Artıq gələn həftə biz danışıqlara başlayacağıq, yer yaxın günlərdə müəyyənləşəcək”, - mənbə bildirib.

Onun sözlərinə görə, danışıqların yekunlarına əsasən prosesə şəxsən nəzarət edən iki ölkənin liderlərinə ətraflı hesabat təqdim olunacaq. "Bu baxımdan liderlərin telefon diplomatiyasının davamı gözlənilir", - mənbə bildirib.

Daha əvvəl Putin bildirib ki, Rusiya qaz tranzitini “Şimal axını”ndan Qara dəniz regionuna və Türkiyəyə daşıya bilər. Rusiya lideri bu ideyanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib. Onlar məsələni ətraflı və tez bir zamanda həll etməyi tapşırıblar.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol