Rusiya Olenya aviabazasında yerləşən və nüvə silahı daşıya bilən təyyarələrini Norveçlə sərhəddə olan Kola yarımadasında yerləşdirib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Norveçin “Faktisk” nəşri peyk görüntülərinə istinadən məlumat yayıb.
7 oktyabr tarixində çəkilən görüntülərdə 7 Tu-160 və 4 Tu-95 bombardmançı təyyarənin yeri göstərilib. İki gün sonra peyk aviabazanın uçuş-enmə zolağında bir Tu-160 təyyarəsinin olduğunu qeydə alıb.
Hərbi ekspertlər bu manevrlərin Putinin nüvə təhdidlərinin tərkib hissəsi ola biləcəyindən şübhələnirlər.
“AzPolitika.info”



Şərhlər