Menu

TOTAL “Abşeron” yatağı ilə bağlı sazişi sabotaj edir? – “Makrondan tapşırıq gəlib...”

14.10.2022, 16:34
TOTAL “Abşeron” yatağı ilə bağlı sazişi sabotaj edir? – “Makrondan tapşırıq gəlib...”

"Fransanın enerji simvoluna çevrilmiş TOTAL şirkətinin Azərbaycanda nə işi var? Burda qazandığından Fransa hökumətinə vergi ödəyir və illər boyu ödəmək istəyindədir ki, sonra o pullar Ermənistana yardıma xərclənsin? Makron Azərbaycandan qaz almamağı ilə qürrələnib və bizdən qaz alanlara da rişxənd edib".

"AzPolitika.info" xəbər verir ki, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Fransa Prezidentinin anti-Azərbaycan bəyanatını şərh edərkən deyib. 

Ekspert bildirib ki, 2009-cu ilin fevralında SOCAR-la “Abşeron” yatağı üzrə hasilatın pay bölgüsü sazişi imzalayan TOTAL şirkəti indiyə qədər qaz çıxarmayıb, bu addımlarla heç gələn il də çıxara bilməyəcək. "Nə terminal tikir, nə qaz ixracı infrastrukturu yaradır, nə qazın marketinqi layihəsi üzərində çalışır. Özü də cəmi bircə istismar quyusu qazmaq öhdəliyi götürüb", - İ.Şaban vurğulayıb. Mərkəz rəhbəri hesab edir ki, TOTAL-a Makron komandasından layihəni bacardığı qədər yubatmaq tapşırığı gəlib. "Hökumət bu şirkətə qarşı Azərbaycana vurduğu zərərə görə iddia qaldırmalıdır, özü də təcili!" - İlham Şaban Vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol