Rusiya Müdafiə Nazirliyi ölkənin Belqorod vilayətindəki hərbi hissədə baş verən insidenti terror aktı adlandıraraq hadisədə 11 nəfərin öldüyünü, 15 nəfərin isə yaralandığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə müdafiə qurumunun açıqlamasında bildirilib.

Qeyd olunub ki, olayı MDB ölkəsindən olan 2 nəfər edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, terrorçular xüsusi əməliyyatda iştirak etmək arzusunda olan şəxslərlə atışma məşqi zamanı bölmənin şəxsi heyətinə silahlardan atəş açıblar: “Atışma nəticəsində 11 nəfər ölüb. Daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə aparılıb və onlara bütün lazımi yardımlar göstərilib”.

Nazirlik cavab atəşi nəticəsində hər iki terrorçunun atışma nəticəsində öldürüldüyünü bildirib. 

22:54

***

Rusiyanın Belqorod vilayətində poliqonda terror aktı törədilib. APA-nın Rusiya bürosunun Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində 11 nəfər ölüb, 15 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi terror aktının MDB ölkələrindən birinin iki vətəndaşı tərəfindən törədiliyini qeyd edib.

Hadisənin könüllülərlə məşq zamanı baş verdiyi bildirilir.

Hücum edənlər bölmənin şəxsi heyətinə atəş açıblar.

Terrorçular cavab atəşi ilə məhv edilib.