Menu

"Rusiya ordusu Ukraynada 600-dən çox tibb müəssisəsinə hücum edib" - Ümümdünya Səhiyyə Təşkilatı

16.10.2022, 12:32
"Rusiya ordusu Ukraynada 600-dən çox tibb müəssisəsinə hücum edib" - Ümümdünya Səhiyyə Təşkilatı

Fevralıən 24-də müharibə başlayandan Rusiya hərbçiləri Ukraynanın tibb müəssisələrinə 620 dəfə hücum edib.

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ümümdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Hans Klüqe bildirib.

"Səhiyyəyə hücum dayandırılmalıdır. Səhiyyə sistemləri, obyektləri və səhiyyə işçiləri hədəf deyillər və heç vaxt da olmamalıdırlar”, - Klüqe deyib.

ÜST rəsmisi, həmçinin qeyd edib ki, təşkilat tükənmiş tibb işçilərinin potensialını artırmaq üçün davamlı səylər göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol