Menu

“Putinin generalları daha ona inanmırlar” – ABŞ generalı

17.10.2022, 00:04
“Putinin generalları daha ona inanmırlar” – ABŞ generalı

RF Baş Qərargahı və Rusiya Prezidenti Vladimir Putin arasında inamın itirilməsi öz arxasınca partlayış törədə bilər.

Bu barədə «Ecprecco» telekanalının efirindən ABŞ Quru qoşunlarının Avropadakı kontingentinin eks-komandanı, general-leytenant Ben Hoces danışıb («UNİAN»).

Onun sözlərinə görə, Putin yeni komandan təyin edib, çünki yenisi ona loyaldır. «Surovikin Rusiya işğal ordusunun yeni komandanıdır və brutal və korrupsiyalaşmış reputasiyaya malikdir. Kimsə təəccüblənəcəkmi ki, Kreml korrupsiyalaşmış cinayətkarı və canini yeni komandan vəzifəsinə seçir? Bu ki, proqnozlaşdırılmışdı. Üstəlik də o, hələ loyaldır da, bu isə hazırda vəzifəyə təyin olunmaqda ən vacib «keyfiyyətdir», çünki Putin bundan narahatdır ki, onun generalları onu əvvəlki kimi dəstəkləmirlər» - Hoces izah edir.

Onun sözlərinə görə, hələlik əhəmiyyətli deyil ki, RF yeni komandan kim olacaq. Rus ordusunun problemləri o qədər dərin və sistemlidir ki, yeni rəhbər bunu bir neçə həftəyə və aya düzəldə bilməyəcək.

«Korrupsiya, hava qüvvələri, quru qoşunları və donanma arasında koordinasiyanın olmaması, logistika sisteminin dağılması. Bütün bunlar o qədər qorxuludur ki, əhəmiyyəti yoxdur, kim komandan olur, o, bütün bunu təzədən qura bilməz. Belədə, yeni komananın hansı fərqi var? Düşünürəm ki, o, bu və ya başqa brutal tip taktikanı davam etdirəcək və onlar nə qədər tez məğlubiyyətə düçar olsalar, o qədər yaxşı olar» - Hoces fikirini yekunlaşdırıb.

AzPolitika.info

Şərhlər

Hodcese 2022-10-17 00:28:05

Bu muharibə mutləq və mütləq nato amerika anqlo sakson və banderaçıların məğlubiyyəti ilə başa çatacaq bu belədə olacaqdır

Eli 2022-10-17 00:16:21

Putin herbçı deyil,bu senetdit ve bu işi heyata keçirmek üçün gerek onun senetkarı olassn.Putin sadece adi bir çekist-agentdir casusluğu gözel bilir bu iş onluq deyil o heç heyatında belke fe üç kitab oxumayıb-dostlarının dediyine göre.Bes Stalin.Sralin nöyük heyat tectübesi olan derrake helm sahibi idi her gün en azı 300 sehife kitab oxuyan biri idi 10 dil bilirdi. ve sair.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol