Menu

Rusiyada qırıcı qəzasında ölənlərin sayı 13-ə çatıb + VİDEO (Yenilənib)

18.10.2022, 08:35
Rusiyada qırıcı qəzasında ölənlərin sayı 13-ə çatıb + VİDEO (Yenilənib)

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 13-ə çatıb, onlardan üçü uşaqdır. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, qəza nəticəsində yaralananların sayı 19 nəfər olub.

Məlumata görə, hadisə yerində xilasetmə-axtarış işləri başa çatıb.

***

Rusiyanın Yeysk şəhərində çoxmərtəbəli binanın yaxınlığında "Su-34"ün qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 21 nəfərdir, onlardan 4-nün vəziyyəti ağırdır.

"Report" xəbər verir ki, bu barədə Yeysk Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Miqran Qriqoryan TASS-a bildirib.

Ölənlərin sayı 3 nəfərdir, onların arasında 8-10 yaşlı uşaq da var.


***

Rusiyanın Yeysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşərək yanğına səbəb olub. "Report" bu barədə TASS-a istinadən xəbər verir.

Hadisə şahidlərinin sözlərinə görə, ev birinci mərtəbədən 9-cu mərtəbəyə qədər yanır. Yanğın binanın 15 mənzilini bürüyüb.

Məlumata görə, qəzaya uğrayan "Su-34" qırıcısı olub. Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol