Menu

Moskva vilayətində qismən səfərbərliyin başa çatdığı elan olunub

17.10.2022, 20:46
Moskva vilayətində qismən səfərbərliyin başa çatdığı elan olunub

Moskva vilayətində qismən səfərbərlik başa çatıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, paytaxt Moskvanın ardınca Moskva vilayəti də qismən səfərbərliyin başa çatdığını elan edib.

Vilayətin qubernatoru Andrey Vorobyov qismən səfərbərliklə bağlı planı tam şəkildə icra etdiklərini açıqlayıb.

Onun sözlərinə görə, bugündən çağırış vərəqələri ləğv olunur, müvəqqəti səfərbərlik məntəqələri bağlanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol