Menu

Göyçayda azyaşlı atasını güllələyib

18.10.2022, 12:52
Göyçayda azyaşlı atasını güllələyib

Göyçay rayon sakini tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Eyvazov Ariz Mübariz oğlu qarın boşluğunun ön divarının deşilmiş yarası diaqnozu ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Araşdırma zamanı onun 6 yaşlı oğlunun əlində olan tir tüfəngindən ehtiyatsızlıq səbəbindən açılan atəş nəticəsində güllə yarası aldığı məlum olub. Güllə daxilə keçdiyi üçün yaralı cərrahiyə əməliyyatı olunub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol