Menu

"Ərdoğan hələ də Putin və Zelenskini bir araya gətirmək istəyir" - Türkiyə PA

18.10.2022, 13:49
"Ərdoğan hələ də Putin və Zelenskini bir araya gətirmək istəyir" - Türkiyə PA

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ də Ukrayna lideri Volodimir Zelenski və Rusiyanın dövlət başçısı Vladimir Putini görüşdürmək istəyir”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

O bildirib ki, V.Putin indi - Rusiyanın Ukraynanın dörd vilayətini ilhaq edəndən sonra danışıqlar istəyir: “Bütün çətinliklərə rəğmən, diplomatiya qapısı açıq saxlanılmalıdır. Türkiyə Prezienti bunu bacarır”.

İ.Kalın söyləyib ki, böhranın Ukraynanın ərazi bütövlüyü daxilində həllini tapmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol