PREZİDENTİN YÜKSƏK VƏZİFƏYƏ TƏYİN ETDİYİ XANIM KİMDİR? - DOSYE (Yenilənib)


Bu gün Prezident İlham Əliyev Mehriban Natiq qızı İmanovanın Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Mehriban Natiq qızı İmanova 1977-ci ildə Bakı şəhərində anadan olub. O, 1995-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) fərqlənmə diplomu ilə bitirib.

2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasında baş laborant olaraq əmək fəaliyyətinə başlayıb.

2010-cu ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında müəllim, 2016-cı ildən dosent vəzifələrində çalışıb.

2019-cu ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.

Mehriban İmanova ailəlidir, iki övladı var.

***

Mehriban Natiq qızı İmanova Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilib.

APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

635x100

Şərhlər

İ. Mustafaoğlu 2022-10-24 13:23:29

Təbrik edirəm və fəaliyyətində uğurlar arzulayıram.

Son yazılar