Vətən müharibəsindən sonra regionda Azərbaycanın artan nüfuzu rəsmi Tehranın bəzi dairələrində ciddi narahatlıq doğurub.
Xüsusən İranla 130 kilometrlik sərhəd xəttinin işğalçı ermənilərdən təmizlənməsi, nəzarətsiz qalan torpaqlarımızın istismarını imkansızlaşdırdığı üçün uzun müddətdir yürütdükləri ikibaşlı siyasətə yeni don geyindiriblər. Dünəndən etibarən isə sərhədlərimizdə növbəti hərbi təlimlərə start veriblər.
İran inqilabı keşikçiləri korpusunun quru qoşunlarının komandiri “təlimlər qonşumuza sülh, düşmənlərimizə isə gücümüzü göstərəcək” deyə bildirib.
Maraqlıdır ki, 30 il ərzində Ermənistanın ərazilərimizdə silah və narkotik qaçaqmalçılığı ilə məşğul olmasını özü üçün təhdid hesab etməyən İran, indi İsrail təhlükəsi kimi absurd bəhanə ilə sərhədlərinin müdafiəsinə qalxıb.
Daha ətraflı Baku TV-nin süjetində:


Şərhlər
50000-lik qoşun sərhəddimizə boşuna yığılana oxşamır.Zəngəzur dəhlizini lazım gələrsə silah gücünə almaq xəbərdarlığımız İran Tiryək Respublikasını hərəkətə gətirib.Yoxsa Araz üstündən panton körpülərlə keçmək təlimi nə üçünmüş?Erməni təəssübünü çəkən böyük xristian dövlətlərinin razılığını almasa İran bu cür başından böyük qələt eləmək fikrinə düşməz.Biz Zəngəzur dəhlizini alası olsaq İran ordusu mane olmaq istəyəcəkmi Arazı panton körpülərlə keçərək?Bizdən əvvəl erməninin,rusun,fransızın,amerikanların gizli sövdələşməsiylə İran ordusu Zəngəzur dəhlizini alsa necə olacaq?Bu region qaynar qazana dönməyəcəkmi?Amerikanın,Fransanın-filanın istədiyi də elə bu regionu alovlandırmaq deyilmi?