Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) oktyabrın 24-də BŞİH inzibati binasının qarşısında piketin keçirilməsi barədə müraciətinə cavab verib.
APA-nın xəbərinə görə, AXCP-yə BŞİH qarşısında aksiya keçirməsinə razılıq verilməyib.
Qeyd edilib ki, piket keçirmək üçün qeyd edilən ərazi təhsil müəssisələrinin, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışı, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan həmin yerdə piketin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə, təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacaq.
Buna görə də piketin keçirilməsi məqsədəuyğun sayılmayıb.


Şərhlər
Çingiz xan deyib ki,yalnız axmaq adamlar uduzacaqlarını kəsin bildiyi döyüşə atılarlar.Ona görə də nə piket,nə mitinq yau kardeşim?Mitinqlərdə,piketlərdə-filanlarda deyəcəklərinizi millət internet vasitəsiylə də bilir,həyatda da müşahidə edirlər.Mitinqdə əlavə nə deyəcəksiniz ki?Yəni mənasız şeylərdi axı.Özünüz başa düşmürsünüzmü tamam mənasız işlərdi?Əlbət unudulmaq istəmirlər bəziləri.
Bu basabasda,soxhasoxda göresen mütleqdir ki piket keçirilsin,başqa mübarize üsulları tükenşb beyem,ya bu oartiya piketden başqa bir iş bacarmırlar,axı daha sivil mübarize üsulları var.