Bu gün Azərbaycanda energetiklərin peşə bayramı- Energetiklər Günü qeyd olunur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov bu münasibətlə "Şimal" Elektrik Stansiyasında keçirilən tədbirdə iştirak edib.
Komitə sədrinin ofisindən "AzPolitika.info"ya verilən məlumata görə, millət vəkili "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev başda olmaqla energetikləri peşə bayramı münasibəti ilə təbik edib, onlara uğurlar, yeni naliyyətlər arzulayıb.
"AzPolitika.info"


Şərhlər