Menu

“İMAM MEHDİ GƏLƏNDƏ GƏRƏK BİRİNCİ İRANDAN BAŞLASIN” - Siyavuş Novruzov + VİDEO (Yenilənib)

21.10.2022, 19:00
“İMAM MEHDİ GƏLƏNDƏ GƏRƏK BİRİNCİ İRANDAN BAŞLASIN” - Siyavuş Novruzov + VİDEO (Yenilənib)

“30 il Azərbaycanın İslam dəyəri təhqir olunanda niyə İran hərəkətə gəlmirdi? Əgər imam Mehdinin adından istifadə edirlərsə, Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın”.

Bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin oktyabrın 21-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

"İşğaldan azad olunan ərazilərdə hərbi bazaların deyil, hava limanlarının, yaşayış yerlərinin olması nümunəvi addımdır. İranın Arazın kənarında hərbi təlimlər keçirməsi nəyə lazımdır? Bu artistliyin heç bir yeri yoxdur", - o, əlavə edib.

Deputat qeyd edib ki, bu addımlarla İran heç kimə hədə-qorxu gələ bilməz:

“30 il Azərbaycanın İslam dəyəri təhqir olunanda niyə İran hərəkətə gəlmirdi? Əgər imam Mehdinin adından istifadə edirlərsə, Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın. Ona görə də Türkiyə və Azərbaycan rəhbərliyinin Zəngilanda görüşməsi qardaşlığımızın, tək olmadığımızın növbəti sübutu oldu".


Şərhlər

millət 2022-10-29 17:00:34

İmam Mehdi o gün olsun ki, sizin kimi milləti pis günə qoyan korrupsionerlərdən başlasın!

Kamallı 2022-10-25 15:50:22

"...öləndə də qanmadığımız bir dildə o dünyaya köçürük?" Mən Kamalla tammamilə razıyam. Təcili olaraq İslamdan və şiəlikdən imtina etməliyik və öləndə də öz dilimizdə dünyadan köçməliyik. Bizə heç qəbir-filan da lazım deyil!

Kamal 2022-10-22 00:38:08

Biz nə qədər inanclı millətik ki, ərəblərin ağlamadığı imamlara ağlıyır, inanmadığı təlimləri təlqin edir, öləndə də qanmadığımız bir dildə o dünyaya köçürük? Erməninin xristian ərəb olduğunu bilmək üçün bizə Təbəri, Bartold, nə bilim kimlər lazımdır?

Rasim Quliyev 2022-10-21 23:21:41

ilk novbede sizden bashlasin gorek tikdirdiyiniz villalar,mashinlar, bahali menziller neyle almisiz.Deputat adamsiz Siz bir ozunuze xalqiniza umac edin basqasina eriste kesmeyin

Azer 2022-10-21 21:07:29

Heqiqeten bu defe Siyavush muellimle tam raziyam.

dadaşyev 2022-10-21 17:48:32

Birinci İrandan başlasın,keçsin bizdəki villaların,milyardların sahiblərinə ki,qardaşlar,sizin maaşınız bu qazancınız bu,hardan və necə yığdınız bunca ağılalmaz sərvəti az bir zamanda?Rokfellerin,Nobel qardaşlarının,Tağıyevin-Nağıyevin nəvə-nəticələri deyilsiniz ki,deyək onlardan miras qalıb.Microsoft sahibi deyilsiniz,internet,facebook,tik-tok,instaqram-filan yaratmamısınız ki,deyək zəkanızla qazandınız.Qalaktikalararası kosmik raketlər,uçan gəmilər,yeni velosipedlər,lazer silahları-filan icad etməmisiniz,əkməmisiniz-becərməmisiniz-əlinizi ağdan-qaraya vurmamısınız,elə isə göydən yağdımı başınıza xəzəl kimi o milyardlar?

Eli 2022-10-21 13:59:00

Seyavuş müellim sehviniz var İmam Mehdi Hezreti Mehemmedin soyundandır mesum bir beşer övladıdır o heç vaxt İrana getmez ,çünki orda kökü ermeni olan saxta mollalar var müselman yoxdur ve İran “Cümle felaketlere bais olan”-meleyin İbllsin kurasiyasındadır .

Mubariz 2022-10-21 12:47:56

Halaldı Siyavuş ağıllı söz dedin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol