Menu

Bakıda sərnişin avtobusu qəza törətdi - Foto

12.11.2014, 13:35
Bakıda sərnişin avtobusu qəza törətdi - Foto

Bu gün saat 12:30 radələrində Bakının Nəsimi rayonu ərazisində sərnişin avtobusu qəza törədib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Mirəli Qaşqay və Hənifə Ələsgərov küçələrinin kəsişməsində 88 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı avtobusla "Niva" markalı minik avtomobili toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. 2 nəfər yüngül bədən xəsarətləri alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol