Menu

İlon Maskın biznesini yoxlama gözləyir - Ağ Ev xəbərdarlıq edib

22.10.2022, 12:16
İlon Maskın biznesini yoxlama gözləyir - Ağ Ev xəbərdarlıq edib

Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzünün səkkizinci ayında ABŞ Prezidenti Co Bayden administrasiyasında İlon Maskın biznesinin yoxlanılması imkanlarını bəyan ediblər.

Bu barədə «Bloomberq» xəbər verir («UNİAN»).

Burada söhbət Maskın müəssisələrində milli təhlükəsizlik tələblərinə cavab verilməsinin yoxlanılmasından gedir.

Eləcə də «Tvitter»in 44 milyard dollara Starlink peyk şəbəkəsi ilə birlikdə (SpaceX şirkəti) alınması barədə sövdənin yoxlanılması istisna edilmir. Tvitterlə 44 milyard dollarlıq sövdənin elementlərindən biri də ondan ibarətdir ki, burada xarici investorlar Maskın konsorsiumunda iştirak edirlər. Qrupa daxildir - Səudiyyə Ərəbistanından şahzadə Əl-Valid bin Talal, Çin əsilli şəxsin idarə etdiyi «Binance» kriptobirjası və Qətər Milli Rifah fondu.

Amerikalı məmurlar Maskın “Tvitter”i xarici investorlara birlikdə almaq planlarından narahatlıq keçirirlər. Hazırda ABŞ hökumətində və kəşfiyyatında məmurlar əlçatan instrumentləri ölçüb-biçirlər - bu instrumentlər federal hökumətə imkan verir ki, Maskın müəssisələrini milli təhlükəsizlik predmetinə yoxlasınlar.

Hər necədirsə, düşünmək olar ki, Rusiya ilə Ukrayna arasındakı qanlı müharibədə tərəflər arasında «özünəməxsus» vasitəçilik təşəbbüsü (Ukraynanın Krımdan imtina etməsi qarşılığında Rusiya ilə barış) səbəbilə milyarder İlon Maskın biznesi ABŞ hökumətinin «kolpakı altına düşüb».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol