Menu

Türkiyə səfirinin erməni terrorçuları tərəfindən öldürülməsinin ildönümüdür

24.10.2022, 11:45
Türkiyə səfirinin erməni terrorçuları tərəfindən öldürülməsinin ildönümüdür

Türkiyənin Parisdəki səfiri İsmayıl Erez və sürücüsü Talip Yenerin erməni terrorçuları tərəfindən şəhid edilməsinin ildönümüdür.

“Report” xəbər verir ki, hadisədən 47 il ötür.

1975-ci ildə diplomat və sürücüsü səfirlik binasının yaxınlığında pusquya düşürülüb. İ.Erezə 5 dəfə atəş açılmışdı. Sui-qəsdi həyata keçirənlər tapılmamışdı. Bir nəfər şübhəli kimi saxnılsa da, sonradan "dəlil çatışmazlığı"na görə sərbəst buraxılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol