Azərbaycan, Rusiya və Ermənistan liderləri oktyabrın sonunda görüşə bilərlər

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında Rusiyada üçtərəfli görüş keçirilə bilər.

Bu barədə diplomatik mənbədən xəbər verilib.

Bildirilir ki, artıq görüşlə bağlı işlərə başlanılıb.

O da qeyd edilir ki, danışıqlar oktyabrın son günlərində aparıla bilər. Tədbirin keçirilməsi üçün əsas yerlər Moskva və Soçi hesab olunur. (Mənbə: Vedomosti)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar