Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda, ABŞ-ın 101-ci Hava Desant Diviziyası Ukrayna sərhədindən 5 kilometr məsafədə yerləşən Ruminiya ərazisində hərbi təlimlərə balayıb.
“AzPolitika.info” ABŞ-ın “CBS News” nəşrinə istinadla xəbər verir ki, ABŞ 80 il sonra ilk dəfə Ukrayna sərhədlərində keçirdiyi təlimlə, Rusiyaya açıq mesajlar verib.
“Qışqıran Qartallar” kimi də tanınan yüngül piyada birliyinin komandirinin müavini, briqda generalı Con Lubas döyüşə hazır vəziyyətdə olduqlarını bildirib: “Biz NATO ərazisinin hər qarışını müdafiə etməyə hazırıq. Təyyarələrimiz və hava hücumundan müdafiə sistemlərimiz istənilən tapşırığı yerinə yetirməyə qadirdir”.
“AzPolitika.info”


Şərhlər