ABŞ Dövlət Departamentinin Qafqaz Məsələləri və Regional Münaqişələr üzrə ofisinin direktoru Mark Kameron Ermənistanda səfərdədir.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Mark Kameron Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müşahidə etmək üçün Ermənistanın Geqarkunik şəhərinə səfər edib.
“O, ABŞ-ın Ermənistanın suverenliyinə və Cənubi Qafqazda dayanıqlı sülhə davamlı dəstəyini vurğulayıb”, - səfirlik bildirib.


Şərhlər
ABŞ nümayəndəsi regiona gəlibsə Putinin təxribatları sərhəddən aralanıb başqa sahələrə keçəcək.Putin vəzifəsindən uzaqlaşdırılmasa Qafqazda sülh məsələsi problemə çevriləcək.
Gərəkli səfərdir. Cənab Mark Kamerondan Ermənistan Rəhbırliyinin Azərbaycanın soyqırım deportu və hərbi işğalına və revanşizm hərəkətlərinə nə cavabları verdiyini mütləq qaydada sorğulamaq gərək?