Menu

Seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon manatdan çox vəsait ayrılacaq

25.10.2022, 11:13
Seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon manatdan çox vəsait ayrılacaq

Gələn il Azərbaycanda seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon manatdan çox vəsait ayrılacaq.

"Report"un xəbərinə görə, bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.

Qeyd olunub ki, gələn il seçkilərin keçirilməsi və statistika tədbirlərinə 30 milyon 531 min 15 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Xatırladaq ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu, ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Şərhlər

seçici vətəndaş 2022-10-25 12:59:16

.........məzahirin və dəstəsinin bəxti gətirib, pullar yaqış kimi onun ustune yaqmaqda davam edəcək, çunki, ..........................
azpolitika.info , bu şərhi senzuradan buraxmaq xahiş olunur.

Cahangir 2022-10-25 12:25:21

Onsuz da seçki saxtalaşdırılır.Yaxşı olar ki,Aparat siyahi tərtib etsin,(insuz da belə edilir) adamlar keçib yerlərində yerləşsin.Daha 30 milyon niyə zay edilməlidir? 30 milyonu da kasıb ailələrə versinlər.Bu faydalı olmazmı?

miri 2022-10-25 11:36:50

Heyif o puldan . Könüllü fikir almaq üçün olmayan seçki kimə lazım?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol