Menu

“Ekstradisiya haqqında” Avropa Konvensiyasının Dördüncü Əlavə Protokolu təsdiqlənıb

25.10.2022, 16:58
“Ekstradisiya haqqında” Avropa Konvensiyasının Dördüncü Əlavə Protokolu təsdiqlənıb

Prezident İlham Əliyev “Ekstradisiya haqqında” Avropa Konvensiyasının Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Əlavə Protokol 1957-ci ildə qəbul edilmiş “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədinə xidmət edir.

Konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol