Menu

İranda 2 SEPAH üzvü öldürülüb

25.10.2022, 17:02
İranda 2 SEPAH üzvü öldürülüb

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 2 üzvü öldürülüb.

APA-nın Tehran bürosunun məlumatına görə, SEPAH-ın üzvləri Mehdi Mollaşahi və Cavad Keyca naməlum şəxslər tərəfindən güllələnib.

Faktla bağlı cinayət işi açılıb.

Qətli tördən şəxs və ya şəxslərin axtarışı aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol