Amerika Birləşmiş Ştatlarının (ABŞ) 79 yaşlı Prezidenti Co Bayden növbəti dəfə zarafat üçün əsas verib: Ağ Evdə çıxışı zamanı ABŞ-ın vitse-prezidenti Kamala Harrisi ad günü münasibətilə təbrik edərək, onu «əla Prezident» adlandırıb.
Hadisə oktyabrın 24-də baş verib.
Bayden öz nitqində qeyd edib ki, «bir neçə gün əvvəl Kamalanın ad günü olub». «Onun 30 yaşı tamam olub» - o, zarafatla əlavə edib.
«Ad günün mübarək, əla Prezident» - Ağ Evin başçısı deyib və 58 yaşı tamam olan Harrisə müraciət edib.
Əvvəllər xəbər verildiyi kimi, Bayden tez-tez öz çıxışlarında müxtəlif səhvlərə və söz yalnlışlarına yol verir. Respublikaçılar bu məqamdan partiyalararası mübarizədə istifadə edirlər və Baydenin ölkəni idarə etməsinə şübhə ilə yanaşırlar.
Məhz bu mərəzinə görə, eks-prezident Donald Tramp Baydeni «yuxulu Co» adlandırmışdı.
AzPoitika.info


Şərhlər
Yuxulu Co sənnən min dəfə yaxşıdır ay Tramp.