Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərb Rusiyaya qarşı hibrid müharibə aparmağa davam edir və ölkəni tamamilə məhv etmək üçün Ukraynaya silah tədarükünü artırır.
Nazir vurğulayıb ki, Vaşinqton və onun NATO-dakı müttəfiqləri Kiyevi kəşfiyyat məlumatları ilə təchiz edir və Ukrayna ərazilərinə xarici muzdluları cəlb edirlər. "Bütün bunlar bu və ya digər dərəcədə Qərb dövlətlərini Ukraynadakı münaqişənin iştirakçısına çevirir”, – Lavrov vurğulayıb.
O əlavə edib ki, Qərb Rusiya iqtisadiyyatını çökdürmək, onun daxili siyasi sabitliyini pozmaq, Rusiya ordusunu və əsrlər boyu mövcud olan daxili dövlətçiliyi məhv etmək istəyir.
Nazir qeyd edib ki, Qərb Rusiyanın əleyhinə yönələn heç bir hərəkətə məhdudiyyət qoymur: “Məntiq ondan ibarətdir ki, əgər çoxmillətli rus xalqına nifrət edirsinizsə, o zaman sizə hər şeyə icazə verilir”.
"AzPolitika.info"


Şərhlər
Rusiya ve ruskar o vaxt mehv olmağa başlayıblar ki onlara Qorbaçıv ,Eltsin,Putin ve Lavrıv kimi gerizejalı dövlet xadimleri rehberlik edib.Bunlarda ağıl ve mentiq yıxdur.SSRŞ- kim dağıtdı:Qorbaçıv ve Eltsin.İndi SSRİ- ni kim berpa etmek isteyir:НКВД “çekisti” Putin.İndi sual olunur:Bu quruluşu niye dağıdırdın ve indi de niye berpa efirsen .Ne isteyirsen?
Ilahi amin