Menu

“Kaxovka SES-in partladılması halında Krım 10-15 il susuz qala bilər” - Danilov

26.10.2022, 00:15
“Kaxovka SES-in partladılması halında Krım 10-15 il susuz qala bilər” - Danilov

Rusiya işğal ordusu tərəfindən Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılması halında Krım 10-15 il və ya hətta həmişəlik su təchizatı olmadan qala bilər.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksey Danilov «Sky News»-ə müsahibəsində bəyan edib («UNİAN»).

«Biz, gözləməli olacağıq, görək, amma əgər onlar stansiyanı partlatsalar, o zaman Krımın su təchizatı ideyası 10-15 il və ya hətta həmişəlik yox olacq. O zaman sual yaranır ki, Krım bizim nəyimizə lazımdır, əgər onlar yarımadanı susuz qoymaq istəyirlərsə?» - Danilov qeyd edib.

MTMŞ katibi qeyd edib ki, Rusiya ordusu Kaxovka SES-nı böyük miqdarda partlayıcı ilə minalayıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol