Menu

RF xüsusi xidmətləri milli hərəkatları gözdən salmaq kampaniyası hazırlayırlar

26.10.2022, 00:19
RF xüsusi xidmətləri milli hərəkatları gözdən salmaq kampaniyası hazırlayırlar

Rusiya Federasiyasının xüsusi xidmətləri yaxın vaxtlarda Rusiya xalqlarının milli-azadlıq hərəkatının favoritlərinə qarşı geniş diskreditasiya kampaniyası hazırlayırlar.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi xəbər verir («UNİAN»).

Qeyd olunur ki, xüsusi xidmətlər xalqların müstəqilliyə can atmasını aşağılamağa çalışacaqlar.

«Bunun üçün həm Rusiyanın özündə, həm də onun hüdudlarından kənarda - Avropada, ABŞ-da və Ukraynada informasiya və siyasi sferalarda olan «təsir agentləri»ndən istifadə ediləcək. Onların vəzifəsi - geniş kütlələrin nəzərinə apriori olaraq, istənilən milli hərəkatın «aqressiv, terrorçu və ya hətta nasist» xarakterini çatdırmaqdan ibarətdir» - xəbərdə deyilir.

AzPolitika.info

Şərhlər

Elmira 2022-10-26 09:19:23

Ruslar öz oyunlarına başladılar. Daha doğrusu davam edirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol