Xəbər verildiyi kimi, oktyabrın 27-dən Bakıda gediş haqqı 60 qəpik olmaqla yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, yeni xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti - “Azneft” dairəsi - Bibiheybət - Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.
Marşrut xətti üzrə sərnişindaşımaların “BakuBus” MMC-nin istismarında olan avtobuslar tərəfindən icra ediləcəyi qeyd olunur: “İlkin mərhələdə daşımalara 10 ədəd avtobus cəlb ediləcək. Xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-a qədər fəaliyyət göstərəcək. Avtobuslar hərəkət sxemi üzrə bütün dayanacaq məntəqələri üzrə deyil, yalnız əvvəlcədən müəyyən edilmiş sərnişin tələbatı daha çox olan məntəqələrdə dayanacaq”.
Qeyd edək ki, sözügedən marşrut xətti üzrə gediş haqqı məbləğinin yüksək olması əksər sərnişinlərin haqlı narazılığına səbəb olub.
Məlumat üçün onu da qeyd edək ki, ictimai nəqliyyatda tələb olunan gediş haqqının məbləği Tarif Şurasının müvafiq qaydalarına uyğun tənzimlənir. Bu qaydalara əsasən, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin ödənişi məsafədən asılı olaraq dəyişir. Tarif Şurasının 2018-ci il 30 iyul tarixli 7 nömrəli qərarına əsasən, şəhərdaxili gediş haqqı məsafədən asılı olmayaraq 30 qəpik, şəhərətrafı və qəsəbələrarsı 15 km-dək (15 km daxil olmaqla) 30 qəpik, 15 km-dən 30 km-dək (30 km daxil olmaqla) 40 qəpik, 30-40 kilometr (40 km daxil olmaqla) 50 qəpik, 40-45 kilometr (45 kilometrdə daxil olmaqla) 60 qəpik, 45-50 kiolmetr (50 km daxil olmaqla) 80 qəpik, 50 kilometrdən yuxarı isə 90 qəpikdir.

Xalqlar Dostluğu-Lökbatan istiqamətində hərəkətə edəcək E1 ekspres marşrut xəttinin uzunluğu isə təxminən 30 kilometrə yaxındır. Deməli, Tarif Şurasının qərarına uyğun olaraq, sözügedən marşrut xəttində gedişhaqqı 40 qəpik olmalıdır.
Əgər belədirsə, onda niyə BNA gedişhaqqının 60 qəpik olacağını açıqlayıb?
Bu barədə BNA-nın sözçüsü Mais Ağayev “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, ictimai nəqliyyatda tələb olunan gedişhaqqının məbləği BNA tərəfindən müəyyən edilmir: “Gediş haqqları Tarif Şurasının müəyyən etdiyi qərara uyğun tənzimlənir. Bu barədə 2018-ci ildə Tarif Şurasının qərarı var. 2018-ci ildən sonra yaradılan marşrut xəttlərində təyin olunan məbləğ, məhz bu qərar əsasında tənzimlənir. Həmçinin onu da nəzərə almalıyıq ki, burda söhbət müntəzəm daşımalardan yox, ekspres daşımalardan gedir”.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
Bunlar hamisi marşuruta gediş haqqini qaldirmaq ücün BNA tərəfindən qurulan bir oyundur ki sabah gediş haqqin 50qəpik edəndə gələn şikayətlərə desinlər ki baxin ekspress 60qəp hələ biz ucuz etmişik balə işlər
Sərnişin daşımaları strateji hal olduğuna görə və burada nirmal strukrur tələb olunduğunu nəzərə alaraq bu növ daşımaların dövlət tərkibində olması məcburidir.Bu sahənin şəxsi əllərə verilməsi olduqca yanlış addım olub.son illərdə avtobuslarla qəzaların sayı,avtobuslara baxım.sürücülərin sərnişinlərlə davranışı deyilənləri təsdiqləyir. Ciddi dönüş edilməlidir.
Niyə neft ölkəsində benzinin qiyməti qalxmalıdır ki, bu da hər şeyin qiymətini qaldırır? Soruşuram axı niyə?
Mən bir eşşək alacam minib şəhərdə gəzəcəm. Gülən hırıldayan eşşək!
Sərnişin daşınması fərdi əllərdən azad edilməli və dövlətin nəqliyyat strukturunda cəmləşdirilməlodir.Yaınız bu halda normal daşımalar vbaş verə bilər və gəlirlər itgisi baş verməz.Həm axtobuslar lazımi xidmət görər və həm də sürücülər müvafiq qaydada seçilər.
BNA: "Burda mənəm Bağdadda kor xəlifə"
Allah Axərbaycanı bu mağara adamlarınından qurtarsın.Bunlarda nə anlayış,nə təcrübə,nə də savad var.Haradan tökülüblər .kim daşıyıb bunları Azərbaycanın canına Allah hifz etsin.
Əvvəla Belə dolaşıq və qarışıq marşruta hansı əsas var? Sonra bunu düşünənlər marşrutun uzunluğunu,yollarda hərəkət sürətini və sızlığı nəzərə alaraq bir reysin nə qədər vaxta başa gəldiyini bilərək bu uzunluqda lazımsız marşruta 10 avtobus buraxırlar?Bu mənasız,lazımsız marşrut ikduğu ( bit sərnişin bu uzun yolu çox az sayda gedər.Amma doğrudan da göstərilən marşrutd boyu həqiqətən sərnişin axını varsao zaman marşrutu iki və ya üç bölümə bölmək daha faydalı olardı və artıq haqq-hqsqbq.narazılığa səbəb olmazdı.
Doğrudan da,xalqa qarşı bu hörmətsizlik heç də həzm edilən deyil.İkincisi də,tıxac olan şəhərdə hansı ekspres marşurutdan söhbət gedə bilər?Yenə də hər işdə mağara təsəvvürü,mağara yanaşması ilə üz-üzə qalırıq...