Menu

İstanbulda güllələnən naxçıvanlı kriminal avtoritet öldü – Vəkilindən açıqlama + FOTO (Yeniləndi)

27.10.2022, 19:00
İstanbulda güllələnən naxçıvanlı kriminal avtoritet öldü – Vəkilindən açıqlama + FOTO (Yeniləndi)

Xəbər verdiyimiz kimi, oktyabrın 26-da İstanbulda əslən Şərur rayonundan olan kriminal avtoritet, “Qardaşoğlu” ləqəbilə tanınan Elnur Qasımov güllələnib. 

Son məlumata görə, ağır vəziyyətdə İstanbuldakı özəl klinikalardan birinə yerləşdirilən E.Qasımovun həyatını xilas etmək mümkün olmayıb. Onun nəşi doğulduğu Şərur rayonuna gətirilir. 

E.Qasımovun vəkili Ceyhun Yusifov yerli mediaya açıqlamasında bildiirb ki, hazırda cinayətin motivi barədə detallar bəlli deyil: “Qətl hadisəsi ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmadan sonra hadisə barəsində ətraflı məlumat əldə edəcəyik. Hələlik bu barədə açıqlama verməyim doğru olmazdı. Allah rəhmət eləsin!”

***

Bu gün İstanbulda əslən Şərur rayonundan olan kriminal avtoritet, “Qardaşoğlu” ləqəbilə tanınan Elnur Qasımov güllələnib.

“AzPolitika.info”-ya daxil olan məlumata görə, Rövşən Lənkəranskinin klanına daxil olan “Qardaşoğlu” ağır yaralıdır, İstanbul klinikalarından birinə yerləşdirilib.

“Qardaşoğlu” ilə hesablaşmanın motivi məlum deyil.

Qeyd edək ki, E.Qasımovun qardaşı Emin də kriminal aləmin tanınmış simalarından biridir. “Emin Naxçıvanski” kimi tanınan E.Qasımov dəfələrlə həbsdə olub, sonuncu dəfə bu yaxınlarda həbsdən buraxılıb.

“AzPolitika”

Şərhlər

t.edalet müellime 2022-10-27 16:54:49

Naxçıavanı tanıdan dünyaca meşhur Simalar var:Nesreddin Tusi,Mirze Celil,Hüseyn Cavid,Siyasi xadimlerden: Heyder Eliyev ,Ebülfez Elçibey,alimlerden Yusif Memedeliyev,Hesen Andullayev,Eldar Salayev ve s.Azerbaycanın en kiçik rayonlarından olan Ordubad tek keçen esrde ölkeye 18 akademik 400 den çox elmler doktoru verib.Так ,что Еdalet bey Naxçıvanı tanıtmaq üçün onların heç neye ve heç kime ehtiyacları yoxdur.Zamam ve tarix her şeyin qiymetini öz vaxtında verir.

Ferid 2022-10-27 11:32:21

t.ədalət bey kriminal alemde naxcivanli simalar turkiyede boy verirler illerdir

Qardaşoğlu. 2022-10-26 23:45:29

Allah mekanını cenet elesin Qardaşoğlu.hec kim artiq esgiy yazmasin yazan yaninda nomresini de yazsin.

t.ədalət 2022-10-26 21:49:47

Hamı naxçıvanlı avtoritet kimi Fırtınanı tanıyırdı.Deməli,naxçıvanlılar indi kriminal aləmdə də fəallıq göstərirlər.Neyləməli?Başqa millətlər elmi kəşfləri ilə,biz də cinayətlərimizlə tanınırıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol