Menu

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın inkişafı üçün səyləri artıracaqlar

26.10.2022, 23:18
Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın inkişafı üçün səyləri artıracaqlar

Oktyabrın 26-da Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin Türkiyədə keçirilən “Saha Expo-2022” Müdafiə və Aerokosmik sərgisi çərçivəsində Pakistan İslam Respublikasının müdafiə istehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin ilə görüşündə hər iki nazir Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri olaraq iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün səylərin artırılacağını bildiriblər.

Müdafiə Sənayesi Nazirliyindən “Report”a verilən məlumata görə, sonra qarşılıqlı hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub və digər maraq doğuran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb.

Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, oktyabrın 25-dən 28-dək İstanbulda təşkil edilən “Saha Expo-2022” Müdafiə və Aerokosmik sərgisinə 25-dən çox ölkədən 1 000-ə yaxın yerli və xarici şirkət qatılıb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol