Menu

Putinin mənəvi qızı Rusiyadan qaçdı - Müharibəyə qarşı olduğu üçün...

27.10.2022, 19:46
Putinin mənəvi qızı Rusiyadan qaçdı - Müharibəyə qarşı olduğu üçün...

Bir müddət Vladimir Putinə yaxınlığı ilə bilinən və hətta onun mənəvi qızı olduğu iddia edilən rusiyalı teleaparıcı Kseniya Sobçakın Rusiyadan qaçdığı bildirilir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə məlumatı hüquq mühafizə orqanlarına istinadla “TASS” yayıb.

Məlumata görə o, əvvəlcə Belarusa, oradan da Litvaya gedib.

Qeyd olunur ki, müstəntiqlərin əlində Sobçakın saxlanması barədə qərar olub.

Xatırladaq ki, bir vaxtlar Putinlə yaxın münasibətdə olan Sobçak, Ukrayna işğalından sonra Putini tənqid etməyə başlayıb və bununla da ikili arasından əlaqələr pozulub.

Xarici Müdaxilənin Təsbiti Komitəsi, Sobçakın xaricdən maliyyələşib-maliyyələşdirilmədiyi ilə bağlı araşdırmaların davam etdiyini açıqlayıb. Bu fakt təsdiqini taparsa, Sobçakın “xarici agent” elan olunacağı bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol