Menu

"SSRİ-nin dağılması dünya tarazlığını pozdu" - PUTİN

27.10.2022, 19:59
"SSRİ-nin dağılması dünya tarazlığını pozdu" - PUTİN

"SSRİ-nin dağılması dünya tarazlığını pozdu və Qərb birqütblü dünya elan etdi".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.

"Qərbin dünya işlərində bölünməz hökmranlığının tarixi dövrü başa çatır, birqütblü dünya keçmişə çevrilir. Biz tarixi dönüş nöqtəsindəyik. İkinci Dünya Müharibəsinin bitməsindən sonra yəqin ki, ən təhlükəli, gözlənilməz və eyni zamanda mühüm onillik qarşıdadır", - Putin deyib.

Prezidentin sözlərinə görə, yeni dövrün əsas ziddiyyəti ondan ibarətdir ki, Qərb bəşəriyyəti təkbaşına idarə etmək iqtidarında deyil, buna ümidsiz şəkildə çalışır və dünya xalqlarının çoxu artıq buna dözmək istəmir.

“Hazırda biz tarixi mərhələdəyik, müasir dünyada çətin ki, kənarda oturmaq mümkün olsun”, - Putin qeyd edib.

Rusiya lideri vurğulayıb ki, özünü Qərbin düşməni hesab etmir.

Şərhlər

Azər 2022-10-28 09:03:07

Sən öləsən, putin. Sayaqlayırsan. Başqa sözümüz də yoxdur!

RAFIQ 2022-10-28 01:40:39

Fikrimcə bu doğrudur

Mubariz 2022-10-27 22:06:36

SSRİ dağılmasa idi sən yuxunda da Kreml görə bilməzdin ,indi Almaniyada cəsusluğunu davam etdirirdin,bizim başımıza bəla olmazdın ,amma qatar getdi sənin SSRİ -in kimi

putinə 2022-10-27 20:21:54

Ukraynanı işğala sən başladın dünya yox. İndi öz günahını dünyanın üstünə atma.

Eli 2022-10-27 20:11:44

Putin SSRi-ni yaradacaq ve dünyada tarazlığı “tamamlayacaq” ,ancaq SSRİ tek Rusiyadan ibaret olacaq,mğttefiq respublikalar ise onun terkibindeki qubernatorluqlar olacaq.Bu adam ne qeder gerizekalıdur ki,SSRİ kimi bir dövlet quruluşunu nırmal wuruluş hesab edir bes onda niye o 70 ikden artıq davam getirmedi.İki yüz ilden bir az artıq tarixi olsn ABŞ minillik dövletlere ders deyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol