Menu

“Azərbaycanda təhlükəli hidrometeoroloji hadisələrin sayı artmaqdadır” - Umayra Tağıyeva

28.10.2022, 11:04
“Azərbaycanda təhlükəli hidrometeoroloji hadisələrin sayı artmaqdadır” - Umayra Tağıyeva

“Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələrin sayı artmaqdadır”.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi, coğrafiya üzrə fəlsəfə doktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, araşdırmalar göstərir ki, son 10 ildə 25 metr/saniyə-dən artıq güclü küləklərin sayı 12 dəfəyədək artıb.

"İri şəhərlərimiz olan Mingəçevir, Bakı və Gəncədə fırtına hesab olunan 35 metr/saniyədən güclü küləkli günlərin sayı 3,5 dəfə artıb. Əgər 1961-1990-cı illərdə ildə bir dəfə belə hadisə baş verirdisə, hazırda 3-dən çox belə hadisələrlə üzləşirik".

Umayra Tağıyeva əlavə edib ki, yağıntıların azalması fonunda təəssüf ki, leysan xarakterli yağışların miqdarı artmaqdadır. Bu səbəbdən son 10 ildə sel-daşqınların 18,5 dəfəyə qədər artması müşahidə olunur.

"Dolu düşməsi artıq səciyyəvi ərazilərdən digər rayonlarında da müşahidə olunmaqdadır. Bu hadisəlırin sayı da 3,2 dəfəyə qədər artıb. Son 10 ildə kənd təsərrüfatı üçün xüsusi təhlükə yaradan ağ yellər adlanan quru isti küləklərin təkrarlanması 10 dəfəyə qədər artıb".

Xidmət rəisi əlavə edib ki, bütün bu problemlərə hazırlıqlı olmaq üçün ölkəımizdə hidrometeorologiya xidmətinin potensialının artırılması mühüm məsələlərdən biridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol