Amerika hərbiyyəsi oktyabrın 26-da hipersonik silahın komponentlərini sınaqdan çıxarıb. Pentaqon səsdən iti uçan raketlərin sınağını uğurlu adlandırıb.
NASA-nın Virciniya ştatındakı dəniz start meydançasından onlarca eksperimentin keçirilməsi məqsədilə raket atılıb. Sınaq vaxtı hipersonik silahın rabitə və naviqasiya avadanlığının işi, habelə real hipersonik mühitdə örtük materiallarının istiyə davamlılığı yoxlanıb. Havada süzən hipersonik aparatlar atmosferin yuxarı qatlarında buraxılıb və buradan səsdən beş dəfə çox, saatda 6200 kilometr sürətlə hədəfə göndərilib. Pentaqon yeni raketi meteoroloji raketin prototipi əsasında hazırlayıb.
Beləliklə Pentaqon qlobal zərbə üçün uzaqmənzilli qeyri-nüvə silahının komponentlərini sınaqdan çıxarıb.
ABŞ və onunla rəqabət aparan ölkələr son illərdə hipersonik silahların yaradılması templərini artırıblar. Bunlar gələcək nəsil silahlar hesab olunur. Bu silahlar düşmənin zərbəyə ənənəvi üsullarla cavab verməsi üçün şans buraxmır.
Bu da vurğulanır ki, ABŞ-da bu silahların işlənməsi Rusiyada hipersonik silahların yaradılmasına və Moskvanın hədələrinə cavab sayılır.
Rusiya qitələrarası ballistik raketlərdən atılan “Avanqard” raketinin artıq onun cəbbəxanasına daxil olduğunu rəsmən elan edib.
"AzPolitika.info"


Şərhlər
Yəni saniyədə 2 kilometr sürətlə.Kosmik gəmiləri orbitə daşıyan raketlər bundan 4 dəfə çox sürətlə gedir,saniyədə 8 kilometr.Onun motorundan istifadə edin.Elə danışırlar ki,sanki yeni icaddı saniyədə 2 kilometr.Marsa,Yupiterə göndərilən aparatlar isə daha yüksək,saniyədə 11,2 kilometr sürətlə hərəkət edir.