Menu

Şahin Bağırov idarə statusunda şöbə yaradıb - Xanım rəis təyin edilib(Yenilənib)

29.10.2022, 15:32
Şahin Bağırov idarə statusunda şöbə yaradıb - Xanım rəis təyin edilib(Yenilənib)

Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsində “Məxfi sənədlərlə iş şöbəsi” adlı yeni struktur bölmə yaradıldığına, Rüfanə Əsədovanın həmin şöbəyə rəis təyin olunduğuna dair məlumatlar yayılıb, bu, həqiqətə uyğun deyil.

"Report"un xəbərinə görə, bunu Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib.

"Həmin şöbə illər öncə yaradılıb və R.Əsədova da yarandığı gündən həmin şöbəyə rəhbərlik edir", - deyə o, qeyd edib.

***

Dövlət Gömrük Komitəsində idarə statusunda yeni şöbə yaradılıb.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmri imzalayıb.

Əmrə əsasən, Dövlət Gömrük Komitəsinin Məxfi sənədlərlə iş şöbəsi yaradılıb və Əsədova Rüfanə Salman qızı rəis təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol