Menu

Paşinyan Putinin Valdayda dediklərini təkzib etdi - Rusiyanın planını qəbul etdiyini açıqladı

29.10.2022, 17:13
Paşinyan Putinin Valdayda dediklərini təkzib etdi - Rusiyanın planını qəbul etdiyini açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan partiyasının (Vətəndaş Müqaviləsi partiyası.red) qurultayında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putinin "Valday" diskusiya klubunda səsləndirdiyi bəyanatlara cavab verib.

Putin bildirmişdi ki, Ermənistan hakimiyyəti Qərb dairələrinin Qarabağın Azərbaycanın suverenliyi altında qalmasını təmin edən sülh müqaviləsini imzalaya bilər.

"Onlar (Putin. red) Ermənistan ictimaiyyətində elə təsəvvür yaratmağa çalışırlar ki, Qarabağ məsələsində Rusiyadan Ermənistan üçün müsbət, amma Qərbdən onun maraqlarına cavab verməyən təkliflər var. Deyirlər ki, Ermənistan hökuməti Rusiyanın planını rədd edir, Qərbin təklifini isə qəbul edir. Bağışlayın, bunun reallıqla heç bir əlaqəsi yoxdur", - Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, Rusiya və Qərbdə belə təsəvvürlər var ki, Ermənistan Rusiyanın prinsplərini qəbul edərək 2021-ci ilin yanvarında onunla razılığa gəlib: "Bu sazişlərin təməl daşı Rusiya Federasiyasının “dağlıq Qarabağ” və Ermənistanın təhlükəsizliyinin təminatçısı olması idi. Bəli, bu çox mühüm nüansdır və biz bu ssenari və plan üzərində razılığa gəldik”.

Onun sözlərinə görə, sentyabrda Ermənistan Rusiya planının həyata keçirilməsinə razılıq verib.

"Soçidə keçiriləcək görüşdə 15 bənd əsasında razılığın əldə olunması haqqında sənədi rəsmən qəbul etməyə və imzalamağa, yəni bu sənədi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün əsas kimi qəbul etməyə hazıram" - Paşinyan bildirib.

O əlavə edib ki, Soçidə Rusiya sülhməramlılarının Qarabağdakı mandatının 10-20 il uzadılmasına razılıq verməyə hazırdır. “Mən bu sənədi imzalamağa hazıram. Mən Rusiya prezidentinə belə bir təkliflə çıxış etməyi təklif edirəm, lazım gələrsə, mən özüm bu təklifi verəcəm lakin Rusiya bu təklifi dəstəkləməlidir. Çünki mən Rusiya sülhməramlılarının müəyyən müddət orada qalmasına qərar vermirəm. Bu, üçtərəfli sənəddir və biz Rusiya ilə razılaşsaq, orada çoxluq təşkil edəcəyik”.

"AzPolitika.info"

Şərhlər

Xankəndi qaçqını 2022-10-30 10:07:56

Azərbaycanın uydurma süni münaqişəyə uduzmasını əsasən mətbuatımızın vətəndaşlarımızı özünə qarşı bəd xəbərlərdən satqınca Kar-Kor qoymasıdır. 2021ci ilin yanvarında qəbul edilmiş bu anti-Azərbaycan sövdələşmə nədən hər gün çeynənilməyib? Separatiz yalnız yuxarı Qarabağ deyil, elə Bakının özündədə varmış? Onlar arasında elə sövdələşmə olubsa, nədən biz müstəqilliyimizi tələb etmiri ki, Sülhmərəmlılar və erməniləri tezliklə Azərbaycanı tərk etsinlər?

omar 2022-10-30 00:04:09

Soruşmaq ayıb olmasın,siz iki dılğır dövlət nədən Azərbaycan ərazisində söz sahibi olmalı və çoxluq təşkil etməlisiniz ki?Bunların dediyi olacaqsa,onda prezidentimiz 2ildir dediyi,verdiyi bəyanatlar boşunadır.Hər dəfə qeyd edir ki,dağlıq Qarabağ məsələsi artıq merala,yoxdur öldü getdi.İndi kimə inanaq?

turan 2022-10-29 18:04:06

Sülh müqaviləsi sülhməramlıların Xankəndindən rədd olub getməsindən sonra olmalıdır. Bütün dünya bunu istəyir bircə Rusiyadan başqa.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol