Menu

Rusiya taxıl müqaviləsində iştirakını dayandırır

29.10.2022, 18:53
Rusiya taxıl müqaviləsində iştirakını dayandırır

Rusiya Sevastopolda Qara dəniz donanmasının, eləcə də taxıl dəhlizinin təhlükəsizliyini təmin edən mülki gəmilərə qarşı terror aktından sonra taxıl sazişində iştirakını dayandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu il oktyabrın 29-da Kiyev tərəfindən həyata keçirilən terror aktını nəzərə alaraq, Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin həyata keçirilməsində iştirakını dayandırır. ”, - məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol