Menu

BMT Rusiyanın “Taxıl sazişi”ndə iştirakının dayandırması ilə əlaqədar toplanır

29.10.2022, 22:25
BMT Rusiyanın “Taxıl sazişi”ndə iştirakının dayandırması ilə əlaqədar toplanır

Rusiyanın “Taxıl sazişi”ndə iştirakının dayandırması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək. Hələlik Təhlükəsizlik Şurasının növbədənkənar iclasının günü və vaxtı ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, bir neçə saat əvvəl Rusiya Federasiyası Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə imzalanmış “Taxıl saziş”ində iştirakını dayandırdığını elan edib.

Qərarın Rusiyanın Qara dəniz donanmasına və mülki gəmilərinə qarşı bu gün Ukraynanın həyata keçirdiyi hücuma görə verildiyi deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol