Menu

Ukrayna, Türkiyə və BMT Qara dənizdə 14 gəminin hərəkəti ilə bağlı razılığa gəliblər

31.10.2022, 00:47
Ukrayna, Türkiyə və BMT Qara dənizdə 14 gəminin hərəkəti ilə bağlı razılığa gəliblər

Ukrayna, Türkiyə və BMT “Qara dəniz Təşəbbüsü” çərçivəsində oktyabrın 31-də Qara dənizdə 14 gəminin hərəkəti ilə bağlı razılığa gəliblər.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Birgə Koordinasiya Mərkəzi (BKM) açıqlayıb.

Mərkəzin Rusiyaya bu barədə məlumat verdiyi bildirilib.

BKM həmçinin qeyd edib ki, bazar günü taxıl sazişi çərçivəsində 6 gəmi Ukrayna limanlarını tərk edib, lakin onlar hələ də humanitar dəhlizə daxil olmayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol