“QARDAŞLARI” ŞEYXULİSLAMI “ALDADIB” – 40 ildir “aldanan” Paşazadənin İranın niyyətlərindən xəbəri yoxmuş... + VİDEO

“40 ildir mən onlarla dostam, qardaşam. Amma mən indiyə qədər başa düşməmişəm, elə bilmişəm ki, mənə bir şey olsa, mənim qardaşlarım gəlib məni qurtaracaqlar. Mənə kömək duracaqlar. Amma bu gün mənim o ümidim qırıldı. Mən kimə inanım? Mənim qardaşım məni erməniyə satdı…”

“AzPolitika.info” xəbər verir ki, son müsahibəsində İranın hərbi təlimlərini pisləyən Allahşükür Paşazadə 40 ildir şeyxülislam osa da, “qardaşı” hesab etdiyi İran rejimindən bu hərəkəti gözləmədiyini bildirib.

Azərbaycanda orta məktəb şagirdi də bilir ki, cənubdakı soydaşlarımız başda olmaqla İran xalqından fərqli olaraq, Paşazadənin “qardaş” adlandırdığı İranı idarə edən ayətullalardan, xomeneyilərdən, süleymanilərdən, rəisilərdən və s. Azərbaycana heç zaman qardaş olmayıb və omayacaq da. Görünür, bizim şeyxülislama isə bunu anlamaq üçün 40 il(!) lazım imiş. Bəs, görəsən indiyə qədər hamının, xüsusilə də səmimi dindarların gördüyü həqiqətləri görə bilməyən birisi hansı haqla 40 ildir şeyxülislam, “Bütün Qafqazın Şeyxi” titulunu daşıyıb?

Paşazadənin dediklərindən belə çıxır ki, guya İran Azərbaycanı yalnız dünən satıb, dünənə qədər isə can bir qardaşımız olub. Üstəlik, “əl yeri” də qoyur ki, guya İranın dini rəhbərlərinin bu təlimlərdən, satqınlıqdan xəbəri olmayıb(!)… 

44 günlük müharibəyə qədər, onun gedişində və ondan sonrakı dövrdə də Azərbaycanda İranın ən qızğın müdafiəçilərindən, az qala sözçülərindən biri elə Paşazadənin özü olub. O, İranın Qarabağdakı ermənilərə yanacaq və silah ötürməsindən Ermənistana hər cür siyasi, hərbi və iqtisadi dəstək göstərməsinə qədər bütün məsələləri, faktları danır, molla rejimini müdafiə edirdi. Hamının gördüyü şeyləri görmək istəmirdi və görmürdü, ya da özünü görməməzliyə vururdu. Görəsən, şeyximiz bu qədərmi sadəlövh, məlumatsız və “gözdən zəif” idi? Bəs, indi nə oldu, nə baş verdi ki, birdən-birə “ayıldı” və gözləri açıldı? Doğrudanmı, yalnız Arazın o tayına yığılmış sınıq-salxaq top-tüfəngi görəndən sonra beyni işə düşdü? 

Bəlkə, İrandakı geniş etirazlar və molla rejiminin süqutunun yaxınlaşdığını, İran hakimiyyətindəki “qardaşlarının” bərk büdrədiyini hiss etməsi, yaxud Azərbaycanda kimlərinsə ona “sarı vərəqə” göstərməsi şeyximizi “tərpədib”? Təəssüf ki, ondan müsahibə götürən jurnalist bu sualları şeyxə vermədi…

Bəli, şeyxülislam bu müsahibəsi ilə bir növ İrandan, onun Azərbaycana qarşı apardığı məlum aşkar düşmən siyasətindən məsafə saxlamağa, özünü sığortalamağa, “haqq yoluna qayıtdığını” göstərməyə çalışdı. 

Lakin bu zaman “üzürü günahından betər” ritorikaya üstünlük verərək, bu dəfə də şeyxülislam adına yaraşmayan açıq və ucuz məzhəbçiliklə məşğul oldu. Müsahibəsində az qala 40 dəfə azərbaycanlı dindarlarla, əhali ilə bağlı “şiə müsəlmanlar”, Azərbaycan dövləti ilə bağlı isə “şiə dövləti” və s. kimi məzhəbçi ifadələr işlətdi.

Birincisi, Azərbaycan Konstitusiyasın görə dövlətimizin bir adı var! Azərbaycan dünyəvi dövlətdir. Ona nə “şiə dövləti”, “şiə əhalisi”, nə də başqa bir ad qoymaq heç kimin həddi deyil. Azərbaycan burada yaşayan və istənilən dinə, məzhəbə, təriqətə qulluq edən hər bir azərbaycanlının vətənidir, dövlətidir! 

İkincisi, İranın Azərbaycanda 3-5 bisavad məzhəbçidən və pulla satın aldığı zatıqırıqdan başqa heç bir dayağı yoxdur və ola da bilməz! 

Şeyxdən və ətrafındakılardan başqa da heç kim İran rejimini, onun ayətullalarını özünə qardaş hesab etməyib və etmir də. Odur ki, bütün xalqın adından danışıb, İranı və onun başında duran molla sürüsünü zorla “Azərbaycanın qardaşı” elan etməyə, Azərbaycan dövlətinə isə başqa bir ad qoymağa onun nə mənəvi, nə də hüquqi baxımdan səlahiyyəti yoxdur, bu səlahiyyəti ona heç kim verməyib!

Cəlal Məmmədov

“AzPolitika.info”


635x100

Şərhlər

Osman 2022-11-17 09:43:39

Adam bu yaşda da aldanırsa.deməli KAPUT!

Fətəli 2022-11-17 09:42:35

Şeyx idarəsi ləğv edilməli və Dini işlər üzrə Dövlət Komitəsinin fəaliyyətini üzə çıxarmaq vacibdir.dini ayrıseçkilik,məzhəbçilik salan qurumun fəaliyyəti dərhal dayandırılmalıdır.Uzun illərdir Allahşükürün bu "idarəsi" insanlardan nıəzir yığmaqla,həcc ziyarətləri maxinasiyalarından istifadə etməklə məşğuldur.Bu hamıya bəlli özbaşınalığa son qoyulması vacib məsələdir

Yavər 2022-11-02 07:43:51

Allahşükürün İrana münasibəti Azərbaycandakl iranın dini nümayəndəsini cümə namazı zamanı özündən öndə oturtmasl sübut edir.Belə İranpərəst xidmətlərinə görə ehtimal var ki, o irandan da maliyyələşdirilib.

Habil 2022-11-02 07:30:13

Bu yaşda adam indiyə kimi anlaya bilməyib ki.İran nə mənədir?Atalar sözü yada düşür: " Qırxında öyrənən gorunda çalar"

Moshu 2022-11-01 12:09:38

Hörmətli “Azpolitika” hərdən elə olur ki, bir məsələ ilə bağlı bir neçə dəfə Sizə müraciət olur. Belə çıxır ki, özümüzü Sizə sırıyırıq. Məs., bu yazıya Cəlal Məmmədov öz möhürünü vurub. Biz də zurnaçıya zuy tuturuq. Bizi tanıyan yox, bilən yox. Bu yazıya üçüncü dəfə münasibət bildirmək istərdim. Ağası gülüm olanın başına külüm olub. Bir şeyx ki, sadə analiz etmək qabiliyyətinə malik deyilsə vay bu müsəlmanların halına. Kim deyir şeyx dinlə məşğul olub, onun işi-gücü soğan, kartof, xalça monopoliyası ilə məşğul olub, xaricdəki cahi-cəlalının isə sayı bilinmir. Bu adam rəhmətlik Ayaz Mütəllibovu keçi qiymətinə satdı, lazım olsa İlham Əliyevi də satar. Prezidentimiz İranla bağlı ciddi etirazını bildirəndən sonra şeyxin (maraqlıdır, bu adı ona kim verib?) donu açıldı. Çox şeyləri yaza bilərəm, nə özümün qanımı qaraltmaq istəmirəm, nə də oxucuların ürəyini bulandırmaq. Yəqin ki, çoxlarınız onun Telman İsmayılovun yubileyində necə özünü şəhid etməsini görmüsünüz. İran mollaları bilirsən ki, düşməndir, bunun nəmənə olması maraqlıdır. Allah xalqıma səbr versin.

Israiloglu 2022-11-01 10:35:00

Hormetli Celal bey, size boyuk tesekkur edirem. Bu adam "Sheyx" umumiyyetle Azerbaycan ucun 40 ilde nese edib ki?... Diqqet edin, bunun ozude idareside dovletimizie ve vetenedashlarimiza elave xerc ve yukdur. Yadinizdadirsa muharibeden sonra dedi ki Iranin sheytan mollalari fetva verdi biz Qarabagi aldiq.

Camaat 2022-11-01 09:35:15

A baş molla sənində vaxtına bir şey qalmadı..... yerin hazırdı.Özüdə ciddi rejimdə

Kazım 2022-11-01 08:49:44

Şeyxülislam uşaqdır ki,onu aldadırlar? Əgər aldanırsa ondan şeqx olmaz!

Cəlal 2022-11-01 07:36:41

Bunun sifətindən hamı bezib.Nə qədər bir sifəti bir vəzifədə görmək olar? Heç olmasa özü də bezmir?Bir də ki, onun ölkədə hörməti qalıb ki?

Moshu 2022-11-01 07:00:19

Ağası gülüm olanın başına külüm olub. Bir şeyx ki, sadə analiz etmək qabiliyyətinə malik deyilsə vay bu müsəlmanların halına. Kim deyir şeyx dinlə məşğul olub, onun işi-gücü soğan, kartof, xalça monopoliyası ilə məşğul olub, xaricdəki cahi-cəlalının isə sayı bilinmir. Bu adam rəhmətlik Ayaz Mütəllibovu keçi qiymətinə satdı, lazım olsa İlham Əliyevi də satar. Prezidentimiz İranla bağlı ciddi etirazını bildirəndən sonra şeyxin (maraqlıdır, bu adı ona kim verib?) donu açıldı (tülkü Həccə gedir). Çox şeyləri yaza bilərəm, nə özümün qanımı qaraltmaq istəmirəm, nə də oxucuların ürəyini bulandırmaq. Yəqin ki, çoxlarınız onun Telman İsmayılovun yubileyində necə özünü şəhid etməsini görmüsünüz. İran mollaları bilirsən ki, düşməndir, bunun nəmənə olması maraqlıdır. Allah xalqıma səbr versin.

Amon 2022-11-01 02:26:22

Biz 44 gunluk muharibe vaxti gorduk iranin bizi satdigini seyx hezretleri hele indi gorub vay vay vay

Oxucu 2022-10-31 22:27:05

İsrailə inan )

Ədalət 2022-10-31 21:51:59

Şeyxin oturub durub şiə məzhəbi yaydığına və iranpərəst qüvvələri himayə etdiyinə görə indiki titulu daşımağa haqqı yoxdur. Şeyx hansısa təzyiq nəticəsində biabırçı ds olsa bəyanat verdi və molla rejiminə məzhəb adı altında sadiqliyini bir daha göstərdi. Şeyx, tam hörmətsiz olmadan istefa verməyinizi tövsiyə edirəm.

X 2022-10-31 20:25:14

Allah dinimizi bolənlərə mın kərə lenet eləsin

dadaşyev 2022-10-31 20:05:13

"Qonşumuzda lider vardır,Əmməməsi çox bahadır, Sünnilərdən gizli mənə, Şiə deyib aldatdı məni, məni, niyə, balam.Aldadıb oynatdı məni,məni,niyə,balam.Əmmaməsin aldım ondan,Ayrılığı sandım ondan,Dedim gələr qaytararam,Gəlməyib aldatdı məni,məni,niyə balam,Aldadıb oynatdı məni,məni,niyə balam".(Ruhani İdarəsindən xalq mahnısı)

Azər 2022-10-31 18:18:30

Paşazadənin iki üzü yox, bəlkə də 12 üzü var! Ruslara da ,İrana da işləyir. Bunu hamı bilir.

Esger 2022-10-31 16:17:50

Yalan danishir. Bu yaxsi bilib ki Iran dushmenimizdi. Sadece iranin Azerbaycan daki agenti olub indiye Kimi. Indi de boynunnan atir ozunu goyub sadəlölüyə....

Telman 2022-10-31 16:15:49

Kul bunun bashina sen nece o kursude oturmusan ki seni 40 ildir aldadirlar. Mekteb ushagi bele bilir ki Iran dushmenimizdi

Oxucu 2022-10-31 15:55:48

Musa peyğəmbər yəhudiləri firon zülmündən qaçırdıb aparır Qüdsə, 40 yəhudi ağsaqqal Musaya deyir ki Allahına de şəhəri alsın gedəy oturaq) Allah qəzəblənib ya Musa siz 40 il səhrada yaşayacaqsınız, səndə-bu ağsaqqallarda öləcəksiniz. Yeni döyüşkən nəsil yetişəcək onlar Qüdsü silahla alacaq deyir. ( təəssüf ki korona xəstəliyi bizim yaşı 60 dan yuxarı məmur-vezifə adamların alıb aparmadı (((

Mubariz 2022-10-31 15:13:29

O mudrik ruhaniler bilir ki bu bisavad şeyx özin ve varidatin qorumaq ucun ona verilen istenilen texsti oxuyar.Dogrudan axirzemandi.Torpaq özi atir ustundeku napaki.Yeni ēllenir

Şahin 2022-10-31 14:25:15

Cəlal bey şərhiniz və cavanınız tam realdır. Şeyx coxdan bildiyi və icində olduğu faktları indi acıqlayır.Yəqin ki , iranda baş verənələr yuxusunu qacırdıb.Azərbaycan Prezidentinin də mövqeyini artıq bilir

Son yazılar