Menu

Bərdədə kafedə iki nəfər güllələnib

31.10.2022, 14:38
Bərdədə kafedə iki nəfər güllələnib

Bərdədə kafedə iki nəfər güllələnib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Bala Qəcər kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Rəcəb Məmmədov kənd ərazisində yerləşən kafedə aralarında yaranmış münaqişə zamanı həmkəndliləri Sərxan Əsədov və kafenin sahibi Eldar Məmmədova ov tüfəngindən atəşə açıb.

Nəticədə ağır yaralanan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasında çatdırılıb. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol