Menu

Moldova-Ukrayna sərhədində 5 nəzarət-buraxılış məntəqəsi bağlanıb

31.10.2022, 16:34
Moldova-Ukrayna sərhədində 5 nəzarət-buraxılış məntəqəsi bağlanıb

Ukraynaya kütləvi raket hücumu nəticəsində Moldova-Ukrayna sərhədində 5 nəzarət-buraxılış məntəqəsinin (keçid məntəqəsi) fəaliyyəti dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə Moldovanın “NewsMaker” nəşri məlumat yayıb.

Bildirilib ki, 4 nəzarət-buraxılış məntəqəsi təhlükəsizlik, 1 keçid məntəqəsi isə Ukrayna tərəfdən elektrik enerjisinin kəsilməsi səbəbindən bağlanıb.

Moldova sərhədçiləri həmvətənlərini Ukraynaya səfərləri müvəqqəti təxirə salmağa çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol